Ümumi məlumat
1.
Xəritə
2. Dövlət rəmzləri
2.1
Bayraq
2.2
Gerb
2.3
Milli himn
3.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev
4. Ümumi məlumat
4.1
Yerləşdiyi yer
4.2
Dövlətin rəsmi adı
4.3
Paytaxtı
4.4
Dövlət dili
4.5
Din
4.6
Pul vahidi
4.7
Əhalisi
5.
Milli bayramlar
5.1.
Xatirə günləri
6. Ərazisi
6.1
Ərazisi
6.2
Quru sərhədlərinin uzunluğu
6.3
Həmsərhəd dövlətlərlə olan
sərhədlərin uzunluğu
6.4 İnzibati
bölgü
6.4.1
Muxtar Respublika
6.4.2
Rayonlar
6.4.3
Əsas şəhərlər
1. Xəritə
2. Dövlət rəmzləri
2.1. Bayraq
Bayraq hər biri
digərinə bərabər endə və
üfüqi vəziyyətdə əks olunmuş
üç rəngli zolaqdan ibarətdir.
Yuxarı zolaq mavi, orta
zolaq qırmızı, aşağı zolaq
isə yaşıl rəngdədir. Mavi
rəng türk (Azərbaycan)
xalqına, qırmızı rəng
azadlıq, demokratiya və
insan hüquqları, yaşıl rəng
isə İslam sivilizasiyasına
məxsusluğun rəmzi mənalarını
daşıyır. Qırmızı rəngli
zolağın ortasında bayrağın
hər iki üzündə ağ rəngli
aypara və səkkiz guşəli
ulduz təsvir olunmuşdur.
Səkkiz guşəli ulduz türk
xalqlarının səkkiz müxtəlif
qolunun rəmzi əksidir.
Bayrağın eni və uzunluğu 1:2
nisbətindədir.
2.2 Gerb
Gerbdəki ulduz bayraqda
olduğu kimi eyni rəmzi
mənanın - türk xalqlarının
səkkiz müxtəlif qolunun
rəmzi əksidir. Kənarları
qızılı rəngli zolaqla
hüdudlanan səkkiz guşəli
ulduz üç rəngli: yaşıl (aşağı),
qırmızı (orta) və mavi (yuxarı)
dairəvi zolaqların üzərində
əks olunur. Bu rənglər
bayraqdakı rənglərin
daşıdığı eyni rəmzi mənanın
ifadəsidir.
Ulduzun bütün guşələri
arasındakı mavi dairəvi
zolağın üzərində qızılı
rəngdə səkkiz kiçik nöqtə
əks olunmuşdur. Mərkəzdəki
iri ulduzun ortasında alov
şəkli təsvir olunmuşdur.
Alov ölkənin digər rəmzi
adının - Odlar Yurdunun
ifadəsidir. Alov həmçinin
azadlığın rəmzi ifadəsidir.
Bütün bunları üzərində
cəmləşdirən qızılı rəngli
dairə sünbüllərin və palıd
budaqlarının təsvirlərindən
ibarət qövsün üzərində əks
olunmuşdur.
2.3.
Milli himn
Musiqisi: Üzeyir
Hacıbəyov
Sözləri : Əhməd
Cavad
Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın
şanlı Vətəni!
Səndən ötrü can verməyə
cümlə hazırız!
Səndən ötrü qan tökməyə
cümlə qadiriz!
Üç rəngli bayrağınla
məsud yaşa!
Minlərlə can qurban
oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər!
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı
Vətən!
Azərbaycan, Azərbaycan!
3. Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev
Tərcümeyi-hal
İlham
Heydər oğlu Əliyev 1961-ci
il dekabrın 24-də Bakı
şəhərində anadan olmuşdur.
1967-1977-ci
illərdə Bakı şəhərində orta
məktəbdə oxumuşdur.
1977-ci
ildə Moskva Dövlət
Beynəlxalq Əlaqələr
İnstitutuna (MDBƏİ) daxil
olmuşdur.
MDBƏİ-ni bitirdikdən sonra 1982-ci
ildə Moskva Dövlət
Beynəlxalq Əlaqələr
İnstitutunun aspiranturasına
daxil olmuşdur.
1985-ci
ildə dissertasiya müdafiə
edərək, tarix elmləri
namizədi dərəcəsi almışdır.
1985-1990-cı
illərdə Moskva Dövlət
Beynəlxalq Əlaqələr
İnstitutunda müəllim
işləmişdir.
1991-1994-cü
illər ərzində özəl biznes
sahəsində çalışmışdır və bir
sıra istehsal-kommersiya
müəssisələrinə rəhbərlik
etmişdir.
1994-cü
ildən 2003-cü
ilin avqust ayınadək
Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin
vitse-prezidenti, sonra isə
birinci vitse-prezidenti
olmuşdur. "Heydər Əliyevin
neft strategiyası"nın həyata
keçirilməsində fəal iştirak
etmişdir.
Suveren Azərbaycanın neft
siyasətinin geosiyasi
aspektlərinə dair bir sıra
tədqiqat işlərinin
müəllifidir. Siyasi elmlər
doktorudur.
İki dəfə, 1995-ci
və 2000-ci
illərdə Azərbaycan
Respublikasının Milli
Məclisinə seçilmişdir. 2003-cü
ildə Azərbaycan
Respublikasının Baş naziri
vəzifəsinə təyin edilməsi
ilə əlaqədar olaraq deputat
səlahiyyətlərinə xitam
vermişdir.
1997-ci
ildən Azərbaycanın Milli
Olimpiya Komitəsinin
Prezidentidir. İdmanın və
Olimpiya hərəkatının
inkişafında böyük
xidmətlərinə görə Beynəlxalq
Olimpiya Komitəsinin ali
ordeni ilə təltif edilmişdir.
1999-cu
ildə hakim Yeni Azərbaycan
Partiyası sədrinin müavini, 2001-ci
ildə sədrin birinci müavini, 2005-ci
ildə isə partiyanın sədri
seçilmişdir.
2001-2003-cü
illərdə Avropa Şurası
Parlament Assambleyasında (AŞPA)
Azərbaycan Respublikası
Milli Məclisinin nümayəndə
heyətinin rəhbəri olmuşdur.
2003-cü
ilin yanvar ayında Avropa
Şurası Parlament
Assambleyası sədrinin
müavini, AŞPA-nın Büro üzvü
seçilmişdir.
2003-cü il
avqustun 4-də Milli Məclis
tərəfindən təsdiq edildikdən
sonra Azərbaycan
Respublikasının Baş naziri
təyin edilmişdir.
2003-cü il
oktyabrın 15-də Azərbaycan
Respublikasının Prezidenti
seçilmişdir. Prezident
seçkilərində seçicilərin
76%-dən çoxu İlham Əliyevin
lehinə səs vermişdir. O,
2003-cü il oktyabrın 31-də
vəzifəsinin icrasına
başlamışdır.
2004-cü
ilin aprelində AŞPA-nın
fəaliyyətində fəal
iştirakına və Avropa
ideallarına sədaqətinə görə
AŞPA-nın fəxri üzvü diplomu
və AŞPA medalı ilə təltif
edilmişdir.
2008-ci il
oktyabrın 15-də keçirilən
seçkilərdə seçicilərin 88,73
% səsini qazanan İlham
Əliyev ikinci dəfə
Azərbaycan Respublikasının
Prezidenti seçilmişdir. O, 2008-ci
il oktyabrın 24-də
vəzifəsinin icrasına
başlamışdır.
Azərbaycan, rus, ingilis,
fransız və türk dillərini
mükəmməl bilir.
Evlidir. Üç övladı, iki
nəvəsi var.
Prezident Əliyevin təltif
olunduğu orden, mükafat və
fəxri adlar aşağıdakıları
əhatə edir: Heydər Əliyev
ordeni (Azərbaycan
Respublikası), Beynəlxalq
münasibətlər və sülh naminə
İhsan Doğramacı mükafatı (Türkiyə),
Rumıniya Ulduzu Ordeni (Rumıniya),
Kral Əbdüləziz Ordeni (Səudiyyə
Ərəbistanı Krallığı), Şərəf
Ordeni (Gürcüstan), Şərəf
Legionunun Böyük Xaçı
Ordeni (Fransa), Şeyxülislam
Ordeni (Azərbaycan
Respublikası), Rusiya
Pravoslav Kilsəsinin
Prepodobnıy Serqiy
Radonejskiy birinci
dərəcəli Ordeni, Böyük
Kordon Şərəf Ordeni (Beynəlxalq
Hərbi-İdman Şurası), MDB
ölkələrin İdman
Təşkilatlarının Beynəlxalq
Konfederasiyasının Şərəf
Ordeni, FİLA-nın Şərəf
Zalının ən yüksək İdman
Əfsanəsi ordeni, Polşa
Respublikasının Xidmətlərə
görə Böyük Xaç ordeni (Polşa),
I dərəcəli Knyaz Yaroslav
Mudrı ordeni (Ukrayna), "Mübarək
əl-Kəbir" ordeni (Küveyt
Dövləti), Yunanıstan
parlamentinin Qızıl medalı (Yunanıstan),
Avropa Ədalətli Oyunlar
Hərəkatının "Şərəf" nişanı,
Üç ulduz ordeninin Böyük
xaç kavaleri dərəcəsi.
Linkoln Universitetinin
Fəxri Doktoru (ABŞ), Moskva
Dövlət Beynəlxalq
Münasibətlər Universitetinin
Fəxri Doktoru, L.N.Qumilyov
Avrasiya Milli
Universitetin Professoru (Qazaxıstan),
Bilkənt Universitetinin
Fəxri Doktoru (Türkiyə),
Vergilər üzrə Milli
Akademiyanın Fəxri Doktoru (Ukrayna),
Ploesti Neft və Qaz
Universitetinin Fəxri
Doktoru (Rumıniya), Milli və
Dünya İqtisadiyyatı
Universitetinin Fəxri
Professoru (Bolqarıstan),
Kyung Hee Universitetinin
Fəxri Doktoru (Cənubi Koreya),
İordaniya Universitetinin
Fəxri Doktoru (İordaniya),
Korvinus Universitetinin
ictimai elmlər üzrə Fəxri
doktoru (Macarıstan),
M.V.Lomonosov adına Moskva
Dövlət Universitetinin Fəxri
professoru (Rusiya
Federasiyası), Taras
Şevçenko adına Kiyev Milli
Universitetinin Fəxri
doktoru (Ukrayna),
Məxdumqulu adına
Türkmənistan Dövlət
Universitetinin Fəxri
professoru (Türkmənistan
Respublikası), Bakı Dövlət
Universitetinin Fəxri
doktoru (Azərbaycan),
Belarus Dövlət
Universitetinin Fəxri
professoru (Belarus
Respublikası).
4. Ümumi məlumat
4.1 Yerləşdiyi yer:
Azərbaycan Respublikası
Avropa və Asiyanın
qovşağında, Cənubi Qafqazın
cənub-şərq hissəsində
yerləşir. Azərbaycan
Respublikası şimaldan Rusiya
Federasiyası, cənubdan İran
İslam Respublikası, qərbdən
Türkiyə, Gürcüstan və
Ermənistan Respublikaları,
şərqdən Xəzər dənizi
vasitəsi ilə Qazaxıstan və
Türkmənistanla həmsərhəddir.
4.2 Dövlətin rəsmi adı:
Azərbaycan Respublikası
4.3 Paytaxtı:
Əhalisinin sayı 1 811 000
(2006-cı ilin statistikasına
əsasən) nəfər olan Bakı
şəhəri
4.4 Dövlət dili:
Azərbaycan dili
4.5 Din:
Din dövlətdən ayrıdır və
bütün dinlər qanun
qarşısında bərabərdir
4.6 Pul vahidi:
Manat. 1 ABŞ dolları =
0.9170 manat (yanvar,
2006-cı il)
4.7 Əhalisi:
9. 000.000 nəfərdir (sentyabr,
2010-cu il).
5. Milli bayramlar
1 Yanvar - Yeni il
8 Mart - Qadınlar günü
20-21 Mart - Novruz
bayramı
9 May - Faşizm üzərində
qələbə
28 May - Respublika
günü
15 İyun - Milli
qurtuluş günü
26 İyun - Silahlı
qüvvələr günü
18 Oktyabr - Milli
müstəqillik günü
12 Noyabr -
Konstitusiya günü
17 Noyabr - Milli
dirçəliş günü
31 Dekabr - Ümumdünya
azərbaycanlılarının
həmrəylik günü
Qurban və Ramazan
bayramları: keçirilmə
tarixləri hər il qəməri
təqvimlərinə uyğun olaraq
dəyişir.
5.1. Xatirə günləri
20 yanvar - Şəhidlərin
Xatirə günü
26 fevral - Xocalı Soy
qırımı
31 mart -
Azərbaycanlıların Soy qırımı
6. Ərazisi
6.1 Ərazisi: 86,600
km2
6.2 Quru sərhədlərinin
uzunluğu: 2,646 km
6.3 Həmsərhəd
dövlətlərlə olan sərhədlərin
uzunluğu: Ermənistanla -
1007 km, Gürcüstanla - 480
km, İranla - 756 km, Rusiya
ilə - 390 km, Türkiyə ilə -
13 km.
6.4 İnzibati bölgü
6.4.1 Muxtar Respublika
Naxçıvan Muxtar
Respublikası
Respublikanın tərkibinə
65 rayon, 69 şəhər, 13 şəhər
rayonu, 130 şəhər tipli
qəsəbə və 4354 kənd yaşayış
məntəqəsi daxildir.
6.4.2 Rayonlar
Abşeron, Ağcabədi,
Ağdam, Ağdaş, Ağstafa, Ağsu,
Astara, Balakən, Beyləqan,
Bərdə, Biləsuvar, Cəbrayıl,
Cəlilabad, Daşkəsən, Dəvəçi,
Fizuli, Gədəbəy, Goranboy,
Göyçay, Hacıqabul, Xaçmaz,
Xanlar, Xızı, Xocalı,
Xocavənd, İmişli, İsmayıllı,
Kəlbəcər, Kürdəmir, Qax,
Qazax, Qəbələ, Qobustan,
Quba, Qubadlı, Qusar, Laçın,
Lerik, Lənkəran, Masallı,
Neftçala, Oğuz, Saatlı,
Sabirabad, Salyan, Samux,
Siyəzən, Şamaxı, Şəki,
Şəmkir, Şuşa, Tərtər, Tovuz,
Ucar, Yardımlı, Yevlax,
Zaqatala, Zəngilan, Zərdab
6.4.3. Əsas şəhərlər
Bakı, Əli Bayramlı,
Gəncə, Xankəndi, Lənkəran,
Mingəçevir, Naftalan,
Sumqayıt, Şəki, Şuşa, Yevlax