|
KONSULLUQ
LEQALLAŞDIRILMASI
Konsul
leqallaşdırması
sәnәdlәrdәki vә
aktlardakı
imzaların
hәqiqiliyini vә
bu sәnәd vә
aktların
konsulluğun
yerlәşdiyi
dövlәtin
qanunlarına
uyğun olmasını
müәyyәnlәşdirmәk
vә tәsdiq
etmәkdәn
ibarәtdir.
Leqallaşdırma
sәnәdlәrin vә
aktların
beynәlxalq
alәmdә hüquqi
qüvvәsini
tәsdiqlәyir.
Azәrbaycan
Respublikasının
Konsul
nizamnamәsinin
54-cü maddәsinә
uyğun olaraq
Azәrbaycan
Respublikasının
konsuluna sәnәd
vә aktların
leqallaşdırılması
üzrә funksiyalar
hәvalә edilir.
Konsul
leqallaşdırması
üzrә funksiyalar:
a) xarici
ölkәlәrdә -
Azәrbaycan
Respublikasının
konsulluqları,
b)
Azәrbaycan
Respublikasında
- Azәrbaycan
Respublikası
Xariçi İşlәr
Nazirliyinin
Konsulluq
İdarәsi
tәrәfindәn
hәyata keçirilir.
Xarici
dövlәtlәrin
idarәlәrinә,
tәşkilatlarına,
fiziki vә hüquqi
şәxslәrinә
mәxsus sәnәdlәr
vә aktlar,
Azәrbaycan
Respublikasının
qanunvericiliyindә
vә ya Azәrbaycan
Respublikasının
vә bu sәnәdlәri
tәrtib edәn
idarә vә
tәşkilatların
mәnsub olduğu
dövlәtin iştirak
etdiyi
beynәlxalq
müqavilәlәrdә
digәr hallar
nәzәrdә
tutulmamışdırsa,
yalnız konsul
leqallaşdırmasından
sonra Azәrbaycan
Respublikasının
idarә vә
tәşkilatları
tәrәfindәn
baxılmaq üçün
qәbul edilir.
Hüquqi
yardım haqqında
Azәrbaycan
Respublikasının
iştirak etdiyi
beynәlxalq
müqavilәlәrә
әsasәn bu
müqavilәlәrә üzv
olan xarici
dövlәtlәrin
idarә vә
tәşkilatlarının
sәnәdlәri vә
aktları
leqallaşdırılmadan
Azәrbaycan
Respublikası
әrazisindә
baxılması üçün
qәbul edilir.
Azәrbaycan
Respublikasının
qanunvericiliyinә
zidd olan vә ya
mәzmununa görә
Azәrbaycan
Respublikasının
mәnafeyinә yaxud
da Azәrbaycan
Respublikasının
vәtәndaşlarının
şәrәf vә
lәyaqәtinә xәlәl
gәtirәn aktlar
vә sәnәdlәr
leqallaşdırılmır.
Aşağıdakı
sәnәdlәrin
әsillәri vә
surәtlәri
leqallaşdırılmır:
Azәrbaycan
Respublikası
vәtәndaşlarının
şәxsiyyәt
vәsiqәsi,
partiya
mәnsubiyyәtinә
aid sәnәdlәr,
hәmkarlar
ittifaqlarının
biletlәri, әmәk
kitabçaları,
hәrbi biletlәr,
xasiyyәtnamәlәr,
mәhkum olunma
barәdә sәnәdlәr.
Azәrbaycan Respublikasının konsulluqları tәrәfindәn sәnәdlәrin
vә aktların
leqallaşdırılması
Konsul,
konsulluq
dairәsinin
hakimiyyәt
orqanlarının
iştirakı ilә
tәrtib edilmiş
vә ya bu
orqanlardan
daxil olmuş
sәnәd vә aktları
leqallaşdırır.
Konsulda
konsulluğun
yerlәşdiyi
dövlәtin idarә
və
tәşkilatlarının
sәnәd vә
aktlarını hәmin
dövlәtdә
leqallaşdırmaq
sәlahiyyәtinә
malik şәxslәrin
imza vә möhür
nümunәlәri
olmalıdır.
Leqallaşdırılmaq
üçün verilmiş
sәnәdlәrdә
konsulluğun
yerlәşdiyi
dövlәtin
qanunlarına
uyğunluğu
baxımından şübhә
yaranarsa,
konsul onun
aydınlaşdırılması
üçün rәsmi
surәtdә yerli
hakimiyyәt
orqanlarına vә
ya hüquq
mәslәhәtxanasına
müraciәt edir.
Azәrbaycam
Respublikasında
tәrtib edilmiş,
lakin Azәrbaycan
XİN vasitәsilә
sәnәdlәrin sorğu
edilmәsi
qaydasında
leqallaşdırılmamış
sәnәdlәr vә
aktlar
konsulluğa daxil
olarsa vә qәbul
edәn dövlәtin
qanunlarına
әsasәn bu
sәnәdlәrin vә
aktların
leqallaşdırılması
tәlәb edilərsә,
konsul onları
leqallaşdırır,
maraqlı şәxslәrә,
idarə vә
tәşkilatlara
verir.
Konsulluğa,
ayrı-ayrı
vәtәndaşlardan,
idarәlәrdәn vә
tәşkilatlardan
Azәrbaycan
Respublikasında
tәrtib edilmiş,
lakin Azәrbaycan
Respublikası
Xarici İşlәr
Nazirliyi
tәrәfindәn
leqallaşdırılmamış
sәnәdlәr vә
aktlar daxil
olduqda, konsul
bu sәnәdlәrin
hәqiqiliyini
müәyyәnlәşdirmək
üçün onları
Azәrbaycan
Respublikasına
köndәrmәlidir.
Müsbət cavab
alındığı
tәqdirdә konsul
belә sәnәdlәri
ümumi qaydada
leqallaşdırır.
Sәnәd vә aktların Azәrbaycan Respublikasında leqallaşdırılması
Azәrbaycan
Respublikası
Xarici İşlәr
Nazirliyinin
Konsulluq
İdarәsi xarici
ölkәlәrin idarә
vә
tәşkilatlarına,
hüquqi vә fiziki
şәxslәrinә
mәxsus sәnәdlәri
hәmin
dövlәtlәrin
Azәrbaycan
Respublikasındakı
Sәfirliklәrində
vә ya
Konsulluqlarında,
istisna hallarda
isә, Azәrbaycan
Respublikasında
belә
nümayәndәliyi
olmayan
dövlәtlərin
Xarici İşlәr
Nazirliyindә
leqallaşdırıldıqdan
sonra
leqallaşdırır.
Azәrbaycan
Respublikası
Xarici İşlәr
Nazirliyinin
Konsulluq
İdarәsindә
xarici
dövlәtlәrin
Azәrbaycan
Respublikasındakı
Sәfirliklәrinin
leqallaşdırmağa
sәlahiyyәtli
şәxslәrinin imza
vә möhür
nümunәlәri
olmalıdır.
Azәrbaycan
Respublikası
Xariçi İşlәr
Nazirliyinin
Konsulluq
İdarәsindә
Azәrbaycanda
sәfirliklәri və
konsulluqları
olmayan xarici
dövlәtlәrin
Xarici İşlər
Nazirliklәrinin
möhür vә rәsmi
sәnәdlәri
imzalamağa
sәlahiyyәtli
şәxslәrinin imza
nümunәlәri
olmalıdır.
Azәrbaycan
Respublikası
Xarici İşlәr
Nazirliyinin
Konsulluq
İdarәsi eyni
zamanda
Azәrbaycan
Respublikasının
idarә vә
tәşkilatlarına,
fiziki vә hüquqi
şәxslәrinә
mәxsus vә
xaricdә tәqdim
edilmәsi nәzәrdә
tutulmuş
sәnәdlәri və
aktları
leqallaşdırır.
Azәrbaycan
Respublikası
Xarici İşlәr
Nazirliyinin
Konsulluq
İdarәsindә
Azәrbaycan
Respublikasının
VVAQ orqanları
tәrәfindәn
verilәn
vәtәndaşlıq
vәziyyәti
haqqında
şәhadәtnamәlәr,
hәmçinin
әcnәbilәrә
verilәn
Azәrbaycan
Respublikasının
tәhsil
diplomlarının
әsli
leqallaşdırılır.
VVAQ
şәhadәtmamәlәri
vә diplomlar
xarici olkәlәr
üçün nәzәrdә
tutulmuş müvafiq
seriyalı
blanklarda
tәrtib edildiyi
vә həqiqiliyi
şübhә
doğurmadığı
tәqdirdә
leqallaşdırılır.
Azәrbaycan
Respublikası
Xarici İşlәr
Nazirliyinin
Konsulluq
İdarәsindә
leqallaşdırılmalı
olan sәnәdləri
və aktları
notarial qaydada
tәsdiq etmәk
sәlahiyyәtinә
malik məsul
şәxslәrin möhür
vә imza
nümunәlәri
olmalıdır.
Bu
tәlimata әsasәn
aparılan
leqallaşdırmaya
görə Azәrbaycan
Respublikasının
konsulluq
yığımları
tarifinә müvafiq
surәtdә
konsulluq rüsumu
tutulur.
Sənədlərin
leqallaşdırılması
Əcnəbilər
üçün:
Leqallaşdırılma
üçün səfirliyə
təqdim olunacaq
sənəd
səlahiyyətli
tərcüməçi
tərəfindən
Azərbaycan
dilinə tərcümə
olunmalıdır.
Ərizəçilərə
tövsiyə
olunmalıdır ki,
sənədlər
həmçinin:
Notarius
tərəfindən
təsdiq edilsin;
Öz Xarici
İşlər
Nazirlikləri
tərəfindən
təsdiq edilsin.
Azərbaycan
vətəndaşları
üçün:
Leqallaşdırılmaq
üçün Səfirliyə
təqdim olunacaq
sənəd
səlahiyyətli
tərcüməçi
tərəfindən
ingilis dilinə
tərcümə
olunmalıdır.
Ərizəçiyə
tövsiyə
olunmalıdır ki,
sənədlər
həmçinin:
Azərbaycan
Respublikası
Xarici İşlər
Nazirliyi
tərəfindən
təsdiq edilsin;
Sənədlər və
tərcümələr çap
şəklində olsun.
|