|
Viza
rəsmiləşdirilməsi
üçün sənədlər
Adi
giriş-çıxış
vizası üçün
etibarlılıq
müddəti 3 gündən
3 aya qədər
müəyyən
edilmişdir.
Çoxdəfəli
giriş-çıxış
vizası üçün isə
bu müddət 1 ilə
qədərdir. Əgər
viza bu müddət
ərzində istifadə
olunmazsa o,
etibarsız hesab
edilir.
Qayıdış
vizası 1 aya
qədər olan
müddətdə
qayıdacaqları
təqdirdə
Azərbaycan
Respublikasını
tərk edən, şəxsi
pasportu olan
əcnəbilərin
müraciəti ilə
verilə bilər. Bu
viza Azərbaycan
Respublikasından
çıxma tarixindən
keçən altı ay
ərzində istifadə
edilməzsə, öz
etibarlılığını
itirir.
Azərbaycanda
qalmaq üçün viza
müddətini
uzatmaq istəyən
əcnəbilər
onların
hal-hazırdakı
vizalarında
göstərilən
müddətin bitdiyi
vaxtdan əvvəl
bunu etməlidir.
Azərbaycan
Respublikası
Xarici İşlər
Nazirliyinin
Konsulluq
İdarəsindən viza
almaq üçün
aşağıdakı
sənədləri təqdim
etmək lazımdır:
-
Doldurulmuş viza
üçün ərizə anket
formasının bir
nüsxəsi (ərizə
anket formasının
surəti də ola
bilər);
- Pasport;
- Ərizə
anket formasında
pasport üçün
nəzərdə tutulan
ölçüdə şəkil;
- Rüsum
ödənişi ilə
bağlı qəbz;
- Qəbul
edən tərəfin
dəvət məktubu.
Azərbaycan
Respublikasına
gəlmək üçün viza
olmadığı
təqdirdə,
təyyarə ilə
gələn əcnəbilər
Bakının H.Əliyev
adına Beynəlxalq
Hava Limanında
qısa müddət
ərzində adi
giriş vizası ala
bilər.
Rüsum
ödənişindən
əlavə aşağıdakı
sənədlər də
tələb olunur:
Doldurulmuş
viza ərizə anket
formasının bir
nüsxəsi (ərizə
anket formasının
surəti də ola
bilər);
Pasport
üçün nəzərdə
tutulan şəkil və
ya pasportun
surəti.
|